Mayk Uolts ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar haqqında – “Hədəfə doğru irəliləyirik”
Hədəfə doğru irəliləyirik – ABŞ Prezidentinin müşaviri Mayk Uolts jurnalistlərin ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların necə getdiyi ilə bağlı sualına fasilə zamanı belə cavab verib.
“CNN”in məlumatına əsasən, bu qısa açıqlamadan sonra Mayk Uolts və ABŞ dövlət katibi Marko Rubio liftə daxil olublar.
ABŞ hökumət rəsmiləri artıq beş saatdır davam edən görüş haqqında başqa heç nə deməyiblər.
Bundan əvvəl Ukrayna mediası Ukrayna nümayəndələrinin dənizdə atəşkəs və uzaq məsafəli zərbələrin dayandırılması təşəbbüsünü təqdim edəcəkləri haqda yazıb.
Həmçinin, Ukraynanın Amerika nümayəndə heyəti ilə görüş zamanı minerallar üzrə sazişi imzalamağa hazır olduğu haqda məlumat yayılır.