Mayk Pompeo - ABŞ rus aqressiyası təhlükəsi qarşısında duran Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəstəyini ifadə edir
ABŞ rus aqressiyası təhlükəsi qarşısında duran Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəstəyini ifadə edir, – bu barədə Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Mayk Pompeo tərəfindən Giorgi Qaxariyaya göndərilən məktubda deyilir. Məktubda o, Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsini tutması münasibətilə təbrik edir.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, dövlət ktibi Pompeo təbrikində ABŞ-Gürcüstanın strateji partnyorluğu əlaqələrinin dərinləşdirilməsi əhəmiyyətinə xüsusi diqqət yetirir.
Pompeo qeyd edir ki, ABŞ 2008-ci il NATO-nun Buxarest zirvə toplantısında qəbul olunan qərara sadiqdir, hansı da bir daha 2018-ci il Brüssel zirvə toplantısında təsdiq olundu və ona əsasən də Gürcüstan NATO-nun üzvü olacaq.