Mayk Pens – Bu ilki seçkilərdə Donald Trampı dəstəkləməyəcəyim təəccüblü olmamalıdır

13:33, 16.03.2024

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Donald Trampı dəstəkləməkdən imtina edib və Co Baydeni də dəstəkləməyəcəyini bildirib.

Mayk Pens Trampın administrasiyasının hakimiyyəti dövründə vitse-prezident postunu tutub. Onunla Donald Tramp arasındaki münasibətlər yanvarın 6-da Kapitoliyə hücumdan sonra pisləşib.

“Bu il Donald Trampı dəstəkləməməyim təəccüblü olmamalıdır. Mən administrasiyamızın nailiyyətləri ilə fəxr edirəm. Məhz mühafizəkar nailiyyətlər Amerikanı daha inkişaf etmiş, daha təhlükəsiz etdi, bizə daha dinc bir dünyada məhkəmələrimizdə konservatorlar təyin etməyə imkan verdi”, – deyə Pens bildirib.

Pens keçmiş Respublikaçı prezidentlə fikir ayrılıqlarından danışarkən, həmçinin heç bir ssenaridə prezident Baydenə səs verməyəcəyini bildirib.

Oxşar