Mayk Pens - ABŞ, İsrail-Fələstin münaqişəsinin iki dövlətin yaradılması ilə tənzimlənməsini dəstəkləyir
Mayk Pens - ABŞ, İsrail-Fələstin münaqişəsinin iki dövlətin yaradılması ilə tənzimlənməsini dəstəkləyir

ABŞ, İsrail-Fələstin münaqişəsinin iki dövlətin yaradılması ilə tənzimlənməsini dəstəkləyir, – bu bəyanatı Misir prezidenti ilə görüşündə ABŞ-ın vitse-prezidenti Mayk Pens verdi. Mayk Pensin dediyinə görə, əgər tərəflər iki dövlətin yaradılmasına razılaşarlarsa, Vaşinqton onları dəstəkləməyə hazırdır.

Pens həmçinin Donald Tramp tərəfindən Qüds barəsində qəbul etdiyi qərar barəsində də söhbət etdi.

Mark Pens Misir prezidentinə islamçı döyüşçülərinə qarşı mübarizədə dəstəyini bəyan etdi.

Kayrodan Pens İordaniyaya yola düşdü. Yaxın Şərqdə onun səfəri İsraildə başa çatacaq.