Mayk Pens 2024-cü il prezident seçkilərində öz namizədliyini təqdim edəcək

10:25, 01.06.2023

ABŞ keçmiş vitse-prezidenti, Mayk Pens 2024-cü il prezident seçkilərində öz namizədliyini gələn həftə, 7 iyunda təqdim edəcək, – bu barədə məlumatı “NBC” yayır.

Nəşrin məlumatına görə, nəşrin məlumatına görə, Pens Ayova ştatında tərəfdarları qarşısında kampaniya videosu və nitqlə təqdim olunacaq.

Mayk Pens Tramp administrasiyasında vitse-prezident postunu tuturdu. Amerikanın 45-ci prezidenti Donald Tramp da prezidentliyə namizəddir. Prezidentlik uğrunda mübarizəni həmçinin Florida qubernatoru Ron Desantis və hazırkı prezident Co Bayden aparır.

Oxşar