Mayk Conson – Rusiya ilə əlaqədə deyilik, prezident Trampın etdiyi şey sülh sazişi bağlamaq üçün zəmin yaratmağa çalışmaqdır, bunu etdiyi üçün minnətdaram

12:08, 04.03.2025

 

ABŞ-nin Nümayəndələr Palatasının spikeri Mayk Conson Amerikanın Rusiya ilə əlaqəsini inkar edir. O, bu haqda “CNN”ə danışarkən deyib.

“Rusiya ilə əlaqədə deyilik və mən heç bir rus təbliğatına etimad etmirəm. Müharibəni bitirməliyik. Prezidentin etdiyi şey bu sülh sazişini bağlamaq üçün zəmin yaratmağa çalışmaqdır və bunu etdiyi üçün minnətdaram – Conson Kremlin ABŞ-nin maraqlarının Rusiyanın maraqlarına oxşar olması haqda bəyanatı ilə bağlı suala cavabında deyib.

“CNN”in yazdığı kimi, Conson BMT-nin Rusiyadan qoşunların dərhal çıxarılmasını tələb edən qətnaməsini dəstəkləməməklə ABŞ-nin düzgün hərəkət edib-etmədiyi sualına cavab verməkdən yayınıb. Xatırladaq ki, fevralın 23-də BMT-nin Baş Assambleyası Ukrayna ilə bağlı Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edən qətnaməni təsdiqləyib. ABŞ və Rusiya qətnaməni dəstəkləməyib.

Oxşar