Mayk Conson – Əlverişsiz hava şəraiti Donald Trampın Konqresdə təsdiqlənməsinə mane olmayacaq

12:52, 06.01.2025

 
Əlverişsiz hava şəraiti qalib Donald Trampın Konqresdə təsdiqlənməsinə mane olmayacaq – bu haqda ABŞ Konqresində Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib. Mayk Conson bildirib ki, əlverişsiz hava şəraiti Konqresin bu gün Donald Trampın prezident seçilməsini rəsmən təsdiqləməsinə mane olmayacaq.

O deyib ki, qanun bunun yanvarın 6-da, saat 13:00-da baş verməsini tələb edir.

“Bu səbəbdən, çovğun olub-olmamasından asılı olmayaraq, bunun ediləcəyinə əmin olmaq üçün bu salonda olacağıq” – Conson qeyd edib.

Nümayəndələr Palatasının spikeri əlverişsiz hava şəraitinə baxmayaraq, tam davamiyyətə ümid etdiyini bildirib.

Bununla yanaşı, “Reuters”in xəbər verdiyi üzrə, Nümayəndələr Palatasının Respublikaçılar Partiyasının çoxluq lideri Stiv Skalizanın kommunikasiyalar üzrə direktoru Lauren Fayn qeyd edib ki, meteoroloji şəraitə baxmayaraq, cədvəldə heç bir dəyişiklik planlaşdırılmır.

Oxşar