Mayın 28-də parlamentdə təhsil naziri Givi Mikanadzeyə interpelasiya formatında dinləmə keçiriləcək
Mayın 28-də parlamentdə təhsil naziri Givi Mikanadzeyə interpelasiya keçiriləcək.
Bu barədə parlamentin sədri Şalva Papuaşvili bu gün keçirilən büro iclasında bildirib.
İnterpelasiyanın keçirilməsi “Gürcüstan üçün” fraksiyası tərəfindən tələb olunub.
Onların sualları təhsil maliyyələşdirilməsi, kadr siyasəti, infrastruktur, proqramların bölüşdürülməsi, akademik azadlıq və ümumi təhsillə bağlı məsələləri əhatə edir.