Mayın 24-dən I sinif şagirdlərinin ümumi elektron qeydiyyatı başlayır
Mayın 24-dən I sinif şagirdlərinin ümumi elektron qeydiyyatı başlayır

Gürcüstanın Təhsil və Elm Nazirliyi mayın 24-də, saat 09:00-da Gürcüstanın ümumi təhsil müəssisələrində birinci sinif şagirdlərinin ümumi elektron qeydiyyatına başlayacaq və bu, iyunun 15-in sonunda başa çatacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, qeydiyyat uşağın valideyni və ya onun qanuni nümayəndəsi tərəfindən təhsilin idarə edilməsi informasiya sisteminin rəsmi internet saytı – register.emis.ge vasitəsilə elektron qaydada həyata keçirilir. (Ümumi qeydiyyat təlimatı – https://mes.gov.ge/mesgifs/1653291639_Instruqcia%202022.pdf).

Uşağın qeydiyyatı üçün lazımi sənədlər 2022-ci il iyunun 16-dan 30-dək məktəblərə təqdim olunacaq. Sənədlər müəyyən edilmiş müddətdə təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.

Gürcüstanın ümumi təhsil müəssisəsinin birinci sinfinə şagird qəbulu üçün zəruri sənədlərin siyahısı:

Şagirdin qanuni nümayəndəsinin yaşayış yeri və telefon nömrəsi haqqında məlumatı əks etdirən bəyanatı;

Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti və ya Gürcüstanda yaşayış icazəsinin surəti (varsa);

Qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və ya Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin surəti (varsa).

Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq gürcü dilinə tərcüməsi əlavə edilməlidir. Xatırlatmaq istərdik ki, “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, 2022-2023-cü tədris ilində oktyabrın 1-dək 6 yaşı tamam olacaq uşaqların I sinfə qəbulu həyata keçiriləcək.

Qərar vətəndaşların müraciəti əsasında Gürcüstanın Təhsil və Elm Nazirliyi və Parlamentin Təhsil və Elm Komitəsinin birgə qərarı ilə qəbul edilib.

III mərhələ – universal elektron qeydiyyat başa çatdıqdan sonra iyulun 4-dən iyulun 12-dək məktəb qeydiyyatının 4-cü mərhələsinə başlanılacaq. I, II və III mərhələlərdə qeydiyyatdan keçməyən və ya qeydiyyatını dəyişmək istəyən tələbələrin qeydiyyatı üçün bu mərhələdə boş qalan və ya vakant yerlərdən istifadə olunacaq. Gürcüstanın Təhsil və Elm Nazirliyi övladının məktəbə vaxtında və fasiləsiz daxil olması üçün valideynləri qeydiyyatdan keçmə qaydalarını və şərtlərini diqqətlə öyrənməyə çağırır.