“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanuna əsasən, mayın 17-si qanunvericilik səviyyəsində ailə müqəddəsliyi və valideynlərə hörmət günü kimi təsbit edilib və istirahət günü elan edilir.
Sözügedən qanunu bu gün Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili imzalayıb.
Papuaşvilinin qeyd etdiyi kimi, imza atdığı qanun cari, müvəqqəti, dəyişən ideya və ideologiyaları əks etdirmir, sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlər boyunca möhkəmlənmiş xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır. Şalva Papuaşvilinin izahına əsasən, bu qanun bütün vətəndaşların hüquqlarını, o cümlədən başqa insanların hüquqları pozulmadan ifadə azadlığını qoruyur.