Mayın 17-də qeyri-iş günü ilə əlaqədar olaraq, Patrul Polisinin Tbilisi, Mtsxeta, Batumi, Rustavi və Qori xidmət mərkəzləri və çağrı mərkəzi fəaliyyət göstərməyəcək
Mayın 17-də qeyri-iş günü ilə əlaqədar olaraq, Patrul Polisinin Tbilisi, Mtsxeta, Batumi, Rustavi və Qori xidmət mərkəzləri və çağrı mərkəzi fəaliyyət göstərməyəcək

 

Mayın 17-də elan olunmuş qeyri-iş günü ilə əlaqədar olaraq, Patrul Polisinin Tbilisi, Mtsxeta, Batumi, Rustavi və Qori xidmət mərkəzləri və çağrı mərkəzi fəaliyyət göstərməyəcək. Bununla bağlı bəyanatı Patrul Polisi yayır.

“Patrul Polis Departamentinin Vahid Xidmət Mərkəzi nəzərinizə çatdırır ki, mayın 17-də elan olunmuş qeyri-iş günündə Vahid Xidmətin Tbilisi, Mtsxeta, Batumi, Rustavi və Qori mərkəzləri, eləcə də çağrı mərkəzi fəaliyyət göstərməyəcək” – bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, Gürcüstan hökumətinin qərarı ilə 2024-cü ildən mayın 17-si qeyri-iş günü elan edilib. Mayın 17-si ailənin müqəddəsliyi və valideynlərə hörmət günüdür.