Mayın 16-dək Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, mayın 13-14-də Gürcüstanda isti və yağmursuz hava şəraiti gözlənilir. Aran rayonlarında havanın temperaturu +24, +29 dərəcə təşkil edəcək.
Onların sözlərinə görə, mayın 15-də isti ilə əlaqədar bəzi yerlərdə yağış yağacağı, mayın 16-da isə sərin və rütubətli hava kütlələrinin yayılması ilə əlaqədar olaraq əksər rayonlarda nisbətən sərin, yağışlı, küləkli hava şəraiti gözlənilir.
Mayın 13-15-də Tbilisidə yağıntı olmayacaq. Havanın temperaturu +26, +28 dərəcə təşkil edəcək. Mayın 16-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu +20, +22 dərəcəyə enəcək.