Mayın 14-dən iyunun 30-u da daxil olmaqla Xacalia-Supsa hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, respublika əhəmiyyətli Xacalia-Supsa avtomobil yolunda vaxtaşırı təmir işləri aparılır.
“İşlərin aparılması məqsədilə, 2026-cı ilin mayın 14-dən iyunun 30-u da daxil olmaqla Xacalia–Supsa avtomobil yolunda hər iki istiqamətdə avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Məhdudiyyət dövründə Qriqoleti istiqamətində hərəkət edən nəqliyyat vasitələri Niqvziani dairəsindən, Samtredia istiqamətində hərəkət edən avtonəqliyyat isə Supsa dairəsindən, beynəlxalq əhəmiyyətli Samtredia–Lançxuti–Qriqoleti avtomobil yolundan istifadə edəcək” – məlumatda qeyd olunub.