Mayda Avropa Kommisiyasının prezidenti, Jan Klod Yunker Gürcüstana gələcək. Yunkerin səfəri ilə bağlı Brüsseldə Avropa kommisarı, Yohanes Hann şərh verdi. Yohanes Hannın bəyan etdiyinə görə, o, Gürcüstanın paytaxtına Yunker ilə birlikdə gələcək.
Brüsseldən nümayəndə heyəti Gürcüstanın müstəqilliyi gününə gələcək. Onlar Tbilisidə planlaşdırılmış tədbirlərdə iştirak edəcəklər.
Avropa kommisarı bəyan etdi ki, həmçinin sentyabrda da səfəri planlaşdırılıb. Birinci Kanal ilə söhbəti zamanı Hann qeyd etdi ki, sentyabrda Tbilisidə Avropa Məktəbi açılacaq.
“Mən Avropa Məktəbinin açılışında iştirak edəcəm. Bu Gürcüstanın orientasiyasının etirafıdır. Bunların hamısı Gürcüstanda sabitliyə və iqtisadi inkişafa imkanlar yaradacaq”, – Yohanes Hann bəyan etdi.