Maya Tskitişvili - Giorgi Qaxariya özünü yaxşı hiss edir, bu gün koordinasiya şurası iclası onun rəhbərliyi ilə keçirildi
Giorgi Qaxariya özünü yaxşı hiss edir, bu gün koordinasiya şurası iclası onun rəhbərliyi ilə keçirildi, – bu barədə baş nazir müavini, Bölgə İnkişaf və İnfrastruktur naziri, Maya Tskitişvili koordinasiya şurası iclasının başa çatmasından sonra bəyan etdi.
Onun dediyinə görə, baş nazir işini evdən davam etdirir.
“Cənab Giorgi Qaxariya özünü yaxşı hiss edir, bu gün koordinasiya şurası iclası onun rəhbərliyi ilə keçirildi. O, işini evdən davam etdirir.
Xanım Natiya Turnava və cənab Mixeil Çxenkeli izolasiyadadırlar. Onlarda bu gün üçün koronavirus təsdiq olunmayıb, özlərini yaxşı hiss edirlər. Bildiyim qədər xanım Natiya və cənab Mixeil testin cavabını gözləyirlər.
Bildiyiniz kimi, hökumət administrasiyası rəhbəri, Natiya Mezvrişvilidə də koronavirus təsdiq olundu və o, da işini ev şəraitində davam etdirir. İş prosesinə hamı fəal qoşulubdur”, – Tskitişvili bəyan etdi.