Mateuş Moraviyetsi bəyan edir ki, Ukraynada sülhməramlı missiya ideyasını getdikcə daha artıq ölkə dəstəkləyir
Polşa baş naziri, Mateuş Moraviyetsi bəyan edir ki, Ukraynada sülhməramlı missiya ideyasını getdikcə daha artıq ölkə dəstəkləyir.
Bu barədə məlumatı Ukrayna mediası Polşanın RMF24 nəşrinə istinadən yayır.
“Artıq əvvəlki günlərdə mediada yayılan məlumatlardan bilirik ki, Danimarka və Litvadan müsbət cavab gəlib. Bu gün deyə bilərəm ki, digər üzv dövlətlər öz razılıqlarını bildiriblər, lakin onlar da NATO-dan müəyyən dəstək və “ümumi səs” gözləyirlər. Biz onu da vurğulayırıq ki, bu, NATO-nun missiyası olmalıdır. Buna skeptik yanaşan və Avropa Şurasının zalında olanlar üçün təsəvvür etdirmək istəyirəm ki, bütün Ukrayna Mariupol insanların qaçdığı bombalanmış bir yerə çevrilir”, – Mateuş Moraviyetsi bəyan etdi.
Elə onun dediyinə görə, dövlətlər “onlarca milyon qaçqını” qəbul etməli olacaqlar.
“Düşünürəm ki, bu gün Putinin və rusların, rus əsgərlərinin barbar davranışları fonunda ən pis ssenarini təsəvvür etmək olar. Təəssüf ki, daha pis ssenariləri təsəvvür edə bilərəm. Buna görə, bu komsepsiyanın təqdimatı daha da aktual olur”, – Polşa baş naziri bəyan etdi.
Ona qədər NATO-nun baş katibi, Yens Stoltenberq Ukraynadakı sülhməramlı missiyanın imkanlarından danışarkən qeyd etdi ki, alyans ölkəyə qoşunun göndərilməsini planlaşdırmır.