Mateuş Moravietski – Ukraynada müharibə ola bilsin bir neçə il davam edə
Ukraynada müharibə ola bilsin bir neçə il davam edə, – bu barədə Polşanın baş naziri, Mateuş Moravietski “NBC” ilə müsahibəsində bəyan etdi.
“Müharibə nə zaman başa çatacaq, biz dəqiq vaxtını ehtimal edə bilmərik. Biz cəhbə xəttində vəziyyəti ziləyirik və buna müvafiq olaraq, Qərbi Avropa ölkələrindən olan partnyorlarla birlikdə Ukraynaya dəstək veririk”, – Moravietski qeyd etdi.
O, eləcə də qeyd etdi ki, müharibə ola bilsin bir neçə il davam edə. Bununla yanaşı, baş nazir qeyd etdi ki, Pentaqonun məxfi sənədlərinin yayılmasına baxmayaraq, o, hələ də Amerika kəşfiyyat xidmətlərinə güvənir.
Məlum olduğu kimi, Mateuş Moravietski NATO-nun Vilnüsdə keçirilən sammitində Varşavanın Ukraynanın təhlükəsizlik zəmanətlərini özündə əks etdirən Şimali Atlantika Alyansına qoşulma planını dəstəklədiyini təsdiqlədi.