Mateuş Moravietski -Putin rejimi zəifləyir, buna görə də münaqişənin gərginləşdirilməsinə gedir və yaxın gələcəkdə biz təcavüzün eskalasiyasını görə bilərik
Putin rejimi zəifləyir, buna görə də münaqişənin gərginləşdirilməsinə gedir və yaxın gələcəkdə biz təcavüzün eskalasiyasını görə bilərik, – bu barədə Polşanın baş naziri Mateuş Moravetski Polşa radiosuna müsahibəsində bəyan etdi.
“Rus ayısı yaralanıb və təəssüf ki, yaxın gələcəkdə biz zorakılığın artacağını və Rusiya təcavüzünün yeni dalğalarını gözləyə bilərik. Bu, Putin rejiminin hər gün zəifləməsi faktını dəyişmir. İşğal başlayandan bəri bütün dünya rus ordusunun özünü biabır etməsini, keçmiş dövrdən yarı köhnəlmiş texnikanı, döyüş meydanında tərk edilmiş tankları, hərbi təlim keçdiklərini söyləyən əsir düşən əsgərləri seyr edir”, – Polşa baş naziri bəyan etdi.
Moravetskinin sözlərinə görə, Putin uzun müddət etnik rusları cəbhəyə göndərməməyə çalışırdı, ona görə də ilk olaraq Asiya azlıqlarının nümayəndələrini göndərdi.