Mateuş Moravetski – Avropa İttifaqında formal demokratoya, defakto oliqarxiya ilə üzləşirik, harada da hakimiyyət daha güclü olanın əlindədir
Polşanın baş naziri Mateuş Moravetski bəyan edir ki, Avropa İttifaqı yalnız adla demokratikdir, əslinsə isə, hakimiyyət Almaniya və Fransanın əlindədir. Məlumatı “Deutsche Welle” yayır.
“Kağız üzərində bütün üzv dövlətlər bərabərdilər. Lakin siyasi reallıq göstərir ki, alman və fransız səslərinin çəkisi üstünlük təşkil edir. Biz formal demokratiya, de-fakto oliqarxiya ilə qarşılaşırıq, burada hakimiyyətin daha güclü olanların əlində olmasıdır”, – Polşanın baş naziri bəyan etdi.
Moravetski bəyan etdi ki, Avropa İttifaqında imperializmlə Rusiya imperializmi dövründə necə lazım idisə, elə də mübarizə aparılmalıdır.
“Avropa İttifaqının istiqamətini və prioritetlərini Avropa İttifaqının institutları deyil, üzv dövlətlər müəyyən etməlidir”, – Moravetski bəyan etdi.
Onun dediyinə görə, əməkdaşlığın əsasını güclülərin hökmranlığı yox, konsensus axtarışı təşkil etməlidir.