Matəm günü ilə əlaqədar Müdafiə Nazirliyinin binalarında və hərbi hissələrdə dövlət bayraqları endirilib
Matəm günü ilə əlaqədar Gürcüstanın Müdafiə Nazirliyinin inzibati və Müdafiə Qüvvələrinin Baş Qərargahının binalarında, eləcə də bütün hərbi hissələrdə dövlət bayraqları endirilib.
Hökumətin sərəncamı ilə işğal altındakı Abxaziya ərazisində Qali Rayonunun Saberio kəndində yanğın nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq yanvarın 9-u Gürcüstanda matəm günü elan edilib.
Yanvarın 5-də müvəqqəti işğal altında olan Abxaziya ərazisində Qali Rayonunun Saberio kəndində evdə baş vermiş yanğında 5 uşaq həyatını itirib.