Masud Pezeşkiyan - Nüvə silahı əldə etməyə çalışmırıq, bunu dəfələrlə bəyan etmişik və istənilən yoxlamaya hazırıq
Masud Pezeşkiyan - Nüvə silahı əldə etməyə çalışmırıq, bunu dəfələrlə bəyan etmişik və istənilən yoxlamaya hazırıq

 

İran Prezidenti Masud Pezeşkiyan ölkənin nüvə proqramının istənilən yoxlamasına hazır olduğunu bildirir.

“Nüvə silahı əldə etməyə çalışmırıq, bunu dəfələrlə bəyan etmişik və istənilən yoxlamaya hazırıq” – Masud Pezeşkiyan bildirib.

Bununla yanaşı, İran Prezidenti bu məsələ ilə bağlı həddindən artıq tələblərə boyun əyməyəcəyini bildirib.

“İran onların həddindən artıq tələblərinə boyun əyməyəcək. Ölkəmiz təcavüzə boyun əyməyəcək, lakin regionda sülh və əmin-amanlığı bərqərar etmək üçün qonşu ölkələrlə bütün gücümüzlə dialoqa davam edirik” – Masud Pezeşkiyan bildirib.