Masud Pezeşkiyan İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyir - "Bu, qorxaqcasına qətl idi"
Masud Pezeşkiyan İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyir - "Bu, qorxaqcasına qətl idi"

 

İran Prezidenti Masud Pezeşkiyan İranın kəşfiyyat naziri Esmail Xatibin öldürülməsi haqda yayılan məlumatı təsdiqləyib.

İran Prezidenti Xatibin öldürülməsini “qorxaqcasına qətl” adlandırıb.

“Əziz həmkarlarım Esmail Xatib, Ali Laricani və Aziz Nasirzadenin, eləcə də onların bəzi ailə üzvlərinin və müşaiyət edən şəxslərin qorxaqcasına öldürülməsi bizi matəm içində qoydu” – Masud Pezeşkiyan sosial şəbəkədə yazır.

Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat nazirinin gecə edilən hücumda öldürüldüyünü bildirib.

İsrael Katsın dediyi kimi, o və İsrailin Baş naziri Benyamin Netanyahu hərbçilərə əlavə razılaşdırma olmadan hədəf aldıqları istənilən digər yüksək vəzifəli İran rəsmilərini öldürməyə icazə veriblər.

Bundan əvvəl İsrailin hücumu nəticəsində İran Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricani, oğlu Morteza Laricani, eləcə də köməkçilərindən biri və mühafizəçisi həlak olmuşdu. Bununla yanaşı, İranın “Bəsic” bölməsinin komandiri Ğolamreza Süleymani öldürülüb.