Masud Pezeşkiyan – Fereydanda gürcü kökənli çoxlu iranlı yaşayır, onlar bir-birləri ilə hələ də gürcü dilində danışırlar, bizim isti münasibətimiz var, bu məsələ ilə bağlı Gürcüstanın Baş naziri ilə danışdım
İranın Gürcüstandakı səfirliyi İran Prezidenti Masud Pezeşkiyanın Yerevanda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra verdiyi şərhini yayır.
Pezeşkiyanın qeyd etdiyi kimi, Gürcüstan və İran münasibətləri inkişaf etdirə və əlaqələri dərinləşdirə bilərlər.
O, həmçinin görüşdə Fereydanda yaşayan gürcülərin nəsillərinə də toxunulduğunu bildirib.
“Gürcüstanın Baş naziri ilə danışdıq. Burada, Fereydanda gürcü kökənli çoxlu iranlı yaşayır. Onların adlarında, fəaliyyətlərində və nitqlərində bu günə qədər gürcü kökləri qorunub saxlanılıb. Onlar bir-birləri ilə hələ də gürcü dilində danışırlar. Bizim də çox isti və səmimi münasibətimiz var. Bu məsələ ilə bağlı bir-birimizlə danışdıq.
Biz münasibətləri inkişaf etdirə və əlaqələri dərinləşdirə bilərik. Bizi Avropa ilə, onları isə İranın Fars körfəzi, Əfqanıstan, Hindistan və regionun digər ölkələri ilə bağlayacaq marşrutlar mövcuddur. İqtisadi, mədəni, sosial və siyasi əməkdaşlığı inkişaf etdirmək üçün çoxlu ortaq maraq və imkanlarımız var” – İran Prezidenti bildirir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və İran İslam Respublikasının Prezidenti Masud Pezeşkiyanın görüşü dünən Yerevanda, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransı çərçivəsində keçirilib.