Masud Pezeşkian, Vladimer Putin və İlham Əliyev üçtərəfli görüş keçiriblər
İran Prezidenti Masud Pezeşkian, Rusiya Prezidenti Vladimer Putin və Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli görüş keçiriblər.
Türkmənistanda Müstəqil Dövlətlər Birliyinin (MDB) zirvə toplantısı və Xəzər dənizinin ətraf mühitin mühafizəsi sammiti çərçivəsində keçirilən görüş zamanı İran, Rusiya və Azərbaycan Respublikasının prezidentləri üçtərəfli əməkdaşlığın gücləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və regional koordinasiyanın dərinləşdirilməsi çağırışlarını səsləndiriblər.
Üç prezident qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib, ikitərəfli və üçtərəfli münasibətlərin gücləndirilməsi və ortaq maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Onlar iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi, regional iştirakın yaxşılaşdırılması və mövcud potensialdan daha yaxşı istifadə imkanlarını vurğulayıblar. Prezidentlər həmçinin Xəzəryanı dövlətlər arasında əməkdaşlıq və regional xarakterli məsələləri müzakirə ediblər, ümumi maraqların irəlilədilməsi məqsədilə daha sıx koordinasiyanın vacibliyini vurğulayıblar.