Masud Pezeşkian – Bu, tarixi sənəddir və qüdrətli İrandan mesajdır, sülhə qarşılıqlı hörmət yolu ilə nail olunacaq
İran Prezidenti Masud Pezeşkian ABŞ ilə razılaşmanın “tarixi” olduğunu bildirir.
“Bu, tarixi sənəddir və qüdrətli İrandan mesajdır: sülhə qarşılıqlı hörmət yolu ilə nail olunacaq. İran İslam Respublikası ləyaqət və müstəqilliyini qorumaqla, qlobal sülhə, eləcə də tərəqqiyə və regional əməkdaşlığa hər zaman sadiq və bağlı olub” – Masud Pezeşkian yazır.
İran Prezidenti həmçinin üzərində özünün və ABŞ Prezidenti Donald Trampın imzalarının olduğu sənədin şəklini də paylaşıb.