Masud Pezeşkian ABŞ ilə danışıqların təhdid və əsassız gözləntilər olmadan, İranın milli maraqları çərçivəsində aparılmalı olduğunu bildirir
İran Prezidenti Masud Pezeşkian ABŞ ilə danışıqların təhdid və əsassız gözləntilər olmadan aparılmalı olduğunu bildirib.
Pezeşkian ləyaqət, uzaqgörənlik və məqsədəuyğunluq prinsiplərini rəhbər tutaraq ədalətli və bərabər danışıqların aparılmasının vacibliyini bildirib.
“Bu danışıqlar milli maraqlarımız çərçivəsində aparılmalıdır” – Pezeşkian qeyd edib.
İran Prezidentinin bəyanatı ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və Abbas Arağçinin fevralın 6-da İstanbulda görüşəcəyi barədə məlumatın yayılmasından sonra verilib.