Serqei Laqodinski - Azad demokratik cəmiyyəti, medianı tanımayan partiya ilə necə davranmağımız əsas məsələdir
Serqei Laqodinski - Azad demokratik cəmiyyəti, medianı tanımayan partiya ilə necə davranmağımız əsas məsələdir

 
Biz indi burada xüsusi bir məqamdayıq, bu məqam “Gürcü Arzusu”nun, təhlükəsizlik xidmətləri və qeyri-rəsmi hərbi birləşmələrin Gürcüstan vətəndaşlarına necə davranmasına aiddir – bu haqda avropalı parlamentari Serqei Laqodinski Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə görüşdən sonra deyib.

Avropalı parlamentari bildirib ki, vəziyyəti çox kritik edən məhz budur və heç bir demokratik qüvvə öz vətəndaşları ilə belə davranmamalıdır.

“Öz ölkəsinin demokratik hərəkatını və azad demokratik cəmiyyətini, medianı tanımayan partiya ilə necə davranmağımız məhz əsas məsələdir. Bu vəziyyətdə təzyiqə məruz qalan, döyülən və həbsxanaya salınanlarla görüşməkdən başqa yolumuz yoxdur. Məhz bu səbəbdən biz bu gün buradayıq” – Serqei Laqodinski bildirib.