Martın 25-dək Gürcüstanın ayrı-ayrı rayonlarında yağıntılı olacağı, duman olacağı, küləyin əsəcəyi gözlənilir

14:14, 21.03.2022

Martın 22-23-də Qərbi Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Gürcüstanın şərqinin bəzi yerlərində yağışlı və dumanlı hava şəraitinin davam edəcəyi gözlənilir, – Milli Ətraf Mühit Agentliyinin məlumatına görə.

Sinoptiklər martın 23-də bəzi yerlərdə şərq küləyinin güclü olacağını proqnozlaşdırırlar. Havanın temperaturu gün ərzində Qərbi Gürcüstanın aran rayonlarında +8, +13 dərəcəyədək yüksələcək, Şərqi Gürcüstanın aran rayonlarında 2, +7 dərəcə isti təşkil edəcək.

Lakin martın 24-də günün ikinci yarısından başlayaraq yağıntılı hava şəraiti gözlənilir.

Tbilisidə martın 22-də havanın soyuq, əsasən yağmursuz keçəcəyi, martın 23-də və 24-də qar fırtınası, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Martın 25-dən paytaxtda yağıntı olmayacaq, temperatur tədricən yüksələcək.

Oxşar