Martın 13-də Devdoraki tunelində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Martın 13-də Devdoraki tunelində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, martın 13-də Devdoraki tunelində avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi yolunun km132-km135-ci hissəsində yerləşən Devdoraki yol tunelində profilaktik işlərin aparılması məqsədilə 13 mart 2025-ci il saat 10:00-dan 17:00-dək bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

Yol tunelinin bağlanması zamanı nəqliyyat vasitələrinin hərəkəti dövlət əhəmiyyətli Devdoraki tunelinə giriş yoluna yönəldiləcək”. – Məlumatda deyilir.