Martın 11-13-də Çumateleti-Xevi hissəsində zədələnmiş yolda təmir işləri aparılacaq
Martın 11-13-də Çumateleti-Xevi hissəsində zədələnmiş yolda təmir işləri aparılacaq

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, mürəkkəb qış iqlim şəraiti Tbilisi-Senaki-Leselidze avtomobil yolunun Çumateleti-Xevi hissəsində yol örtüyünü zədələyib.

Çumateleti-Xevi avtomobil yolunun zədələnmiş hissələrində təmir işləri martın 11-13-də aparılacaq.

İşlər aparılarkən saat 09:00-dan 18:00-dək sözügedən hissələrdə qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Xahiş edirik, nəzərə alın ki, işlərlə əlaqədar avtonəqliyyat vasitələri fasilələrlə hərəkət edəcək.