Martın 11-12-də Qori tunelində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci km-də yerləşən Qori avtomobil tunelində planlı profilaktiki işlərin aparılması məqsədilə, 2025-ci ilin martın 11-də saat 23:00-dan 2025-ci ilin martın 12-si saat 03:00-dək tunelin Senaki-Tbilisi, martın 12-si saat 03:00-dan 07:00-dək tunelin Tbilisi-Senaki istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Avtomobil tunelinin Senaki-Tbilisi istiqamətinin bağlandığı dövrdə avtonəqliyyat vasitələrinin axını respublika əhəmiyyətli Qori tunellərinin dolama avtomobil yoluna yönəldiləcək.
Avtomobil tunelinin Tbilisi-Senaki istiqamətinin bağlandığı dövrdə avtonəqliyyat vasitələrinin axını tunelin Senaki-Tbilisi istiqamətinə və Senaki-Tbilisi istiqaməti respublika əhəmiyyətli Qori tunellərinin dolama avtomobil yoluna yönəldiləcək” – məlumatda qeyd olunub.