Martın 1-dən tam peyvənd olunmuş və ya “PCR” testinin mənfi nəticəsini təqdim edən bütün xarici vətəndaşlar Gürcüstana hava, quru və dəniz yolu ilə daxil ola biləcəklər
Martın 1-dən tam peyvənd olunmuş və ya “PCR” testinin mənfi nəticəsini təqdim edən bütün xarici vətəndaşlar Gürcüstana hava, quru və dəniz yolu ilə daxil ola biləcəklər

Koordinasiya Şurasının qərarına əsasən, martın 1-dən tam peyvənd olunmuş və ya 72 saatlıq “PCR” testinə mənfi cavab vermiş bütün əcnəbi vətəndaşların Gürcüstana hava, quru və dəniz yolu ilə daxil olmaq hüququ var.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Martın 1-dən hava, quru və dəniz yolu ilə ölkəyə daxil olan bütün xarici vətəndaşlar/rezidentlər tam peyvənd olunmalı; Peyvənd olunmadıqda isə 72 saat etibarlılıq müddəti olan “PCR” testini təqdim etməlidirlər;

“Reqlamentlərin yüngülləşdirilməsi ilə əlaqədar olaraq biznes müraciətləri, “Gürcüstandan işlə” və tələbə aplikasiyaları ləğv ediləcək”, – məlumatda deyilir.

Martın 1-dən tam peyvənd olunmuş və ya “PCR” testinin mənfi nəticəsini təqdim edən bütün xarici vətəndaşların Gürcüstana hava, quru və dəniz yolu ilə daxil olmaq hüququ var.