Martın 1-dən ictimai tədbirlər, toy, şənlik, ad günləri, yas mərasimlərinin keçirilməsinə icazə veriləcək
Martın 1-dən ictimai tədbirlər, toy, şənlik, ad günləri, yas mərasimlərinin keçirilməsinə icazə veriləcək

Martın 1-dən ictimai tədbirlər, toylar, şənliklər, ad günləri və yas mərasimləri keçiriləcək”, – deyə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze bildirib.

Onun sözlərinə görə, eyni zamanda, qapalı məkanlarda bir masa arxasında yemək yeməyə icazə verilən şəxslərin sayı 6 nəfərdən 10 nəfərə, açıq sahədə icazə verilən insanların sayı isə 10 nəfərdən 15 nəfərə yüksələcək.

“Qida obyektlərinə gəlincə, Koordinasiya Şurası qapalı məkanda bir masa arxasında əyləşən insanların sayının 10-a çatdırılması barədə qərar qəbul edib. Bildiyiniz kimi, indiyə qədər altı nəfər olub və açıq məkanda olan insanların sayı mövcud 10 deyil, 15 nəfərə qədər artacaq. Maksimum qonaq sayına qoyulan məhdudiyyət də qaldırılıb.

İctimai tədbirlərə gəlincə, sadaladığım eyni məntiqlə qapalı məkanda masa arxasında 10 nəfər, açıq yerdə isə 15 nəfər olmaq şərtilə toy, şənlik, ad günü, yas mərasimləri və sair kimi sosial tədbirlər keçirə bilər”, – Qiorqi Ğibradze bildirib.