Marta Kos - Gürcüstan hökumətinin "Xarici müdaxilə" və "Dəyərlər və ailə haqda" qanunları ləğv edəcəyini gözləyirik
Gürcüstan hökumətinin “Xarici müdaxilə” və “Dəyərlər və ailə haqda” qanunları ləğv edəcəyini gözləyirik – bu haqda bəyanatı Avropa Komissiyasının yeni tərkibində Genişlənmə Məsələləri üzrə Avropa komissarı vəzifəsinə namizədliyi təqdim olunmuş Marta Kos avropalı parlamentarilərin suallarına cavab olaraq verib.
O, gürcü xalqının ümidini itirməməli olduğunu deyib.
“Mənim gürcü xalqına mesajım var – ümidinizi itirməyin. Biz genişlənmə prosesini davam etdirməyə hazırıq. Yerinə yetirilməli olan ilk şərt odur ki, Gürcüstan hökuməti bizə bu yolla getməyə iradəsinin olduğunu göstərsin və biz onların qəbul etdikləri iki qanunu – “Xarici müdaxilə” və “Dəyərlər və ailə haqda” qanunları ləğv etmələrini gözləyirik. Bu qanunların ləğvi ilk əlamət olardı və biz Gürcüstanın Avropa İttifaqına gedən yolunu dəstəkləməyə hazırıq.
Biz təkcə hökumət və islahatlar üçün deyil, həm də vətəndaş cəmiyyəti üçün maliyyə paketi hazırlamışıq. Düşünürəm ki, hələ heç nə bitməyib. Ümid edirəm ki, biz Avropa Parlamentinin dəstəyi ilə Gürcüstana yardımı davam etdirə biləcəyik” – Marta Kos bildirib.
Marta Kos Genişlənmə Məsələləri üzrə Avropa komissarı vəzifəsində Oliver Varheyi əvəz edəcək, Varheyin özünün isə səhiyyə komissarı vəzifəsinə namizədliyi irəli sürülüb.