Marta Kos - Gürcüstan hökuməti kimə pul verəcəyimizi çox diqqətlə izləyir, vətəndaş cəmiyyətinə pulu zərər vurmadan necə verəcəyimizin yollarını axtarırıq
Marta Kos - Gürcüstan hökuməti kimə pul verəcəyimizi çox diqqətlə izləyir, vətəndaş cəmiyyətinə pulu zərər vurmadan necə verəcəyimizin yollarını axtarırıq

 

Gürcüstanda vətəndaş cəmiyyətini dəstəkləmək çətindir, çünki hökumət kimə pul verəcəyimizi çox diqqətlə izləyir – bu haqda genişlənmə məsələləri üzrə Avropa Komissarı Marta Kos Avropa İttifaqının genişlənmə forumunun panel müzakirəsində Gürcüstanla bağlı verilən suala cavab olaraq deyib.

O, Avropa İttifaqı üzvlüyünə namizəd ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə Gürcüstanın nümayəndəsinin də iştirak etdiyini bildirib.

“Gürcüstanda vətəndaş cəmiyyətini dəstəkləməyə gəlincə, hökumət kimə pul verəcəyimizi çox diqqətlə izlədiyi üçün bunun indi çətin olmasına baxmayaraq, maliyyə yardımı ikiqat artıb və daha da çox olacaq. İndi onlara zərər vurmadan pulu necə verəcəyimizin yollarını axtarırıq. Məsələn, ötən həftə namizəd ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri ilə dialoqum oldu, Gürcüstanın nümayəndəsi də orada idi” – Kos bildirib.