Marta Kos –Erməni əriyindən mürəbbə hazırladım, ərik bu gün Ermənistanda baş verən dəyişikliyin rəmzidir

21:40, 07.07.2026

 

Bu, erməni əriyindən hazırladığım mürəbbədir, ərik bu gün Ermənistanda baş verən dəyişikliyin rəmzidir – bu barədə genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos sosial şəbəkədə yazıb.

Onun sözlərinə əsasən, ötən ay Ermənistanda seçicilərin əksəriyyəti Avropa İttifaqı ilə daha sıx tərəfdaşlığın tərəfdarı olan partiyalara səs verib.

“Rusiya Ermənistandan meyvə və çiçək idxalını məhdudlaşdırmaqla seçkilərə təsir göstərməyə çalışırdı. Buna cavab olaraq, Avropa İttifaqı Ermənistana dəstək verdi və öz bazarını bu məhsulların böyük hissəsi üçün açdı. Məhz buna görə də, ötən həftə Ermənistanda olarkən Brüsselə böyük bir səbət erməni əriyi ilə qayıtdım. Onların böyük hissəsini dostlarıma hədiyyə etdim, qalanından isə mürəbbə hazırladım. Dostum mürəbbəyə baxıb dedi: “Azadlıq bankaları”. Məncə, bu, gözəl ifadədir. Supermarketə gedərkən erməni əriyinə, gavalısına və ya albalısına diqqət yetirin. Bu, erməni fermerlərə az da olsa kömək etmək və ölkələrinin demokratik seçiminə dəstək olmaq üçün fürsətdir” – Marta Kos yazır.

Oxşar