Marta Kos - Avropa İttifaqı Albaniyanın üzvlük haqqında danışıqlar prosesində son fəsli açıb, bu, Avropa İttifaqının namizəd ölkələr qarşısında götürdüyü öhdəliklərini yerinə yetirdiyini göstərir
Albaniya üçün xüsusi gündür, çünki Avropa İttifaqı üzvlük haqqında danışıqlar prosesində bütün, 33 fəslin hamısını açıb – bu haqda Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Albaniyanın Baş naziri ilə birgə mətbuat konfransında deyib.
Kos bildirib ki, bu, Avropa İttifaqının namizəd ölkələr qarşısında götürdüyü öhdəliklərini yerinə yetirdiyini göstərir.
Məlumat üçün bildirək ki, Albaniya Avropa İttifaqına üzvlük haqda danışıqlara 2010-cu ildə başlayıb.