Marta Kos - Avropa İttifaqı ABŞ, Azərbaycan və Türkiyə ilə "Tramp Yolu" layihəsində mümkün iştirakla bağlı danışıqlar aparır
Avropa İttifaqı ABŞ, Azərbaycan və Türkiyə ilə “Tramp Yolu” layihəsində mümkün iştirakla bağlı danışıqlar aparır. Bu haqda genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos deyib.
“Bizim öz təkliflərimiz var və Avropa İttifaqı Türkiyə və Azərbaycanla məsləhətləşmələri davam etdirir. ABŞ-nin bu layihədə iştirakı xüsusilə vacibdir” – Marta Kos bildirib.
Məlumat üçün bildirək ki, Ermənistan və Azərbaycan avqustun 8-də Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə “Tramp Yolu” layihəsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. Layihə Cənubi Qafqazın regional kommunikasiyalarının açılması və nəqliyyat marşrutlarının inteqrasiyası məqsədinə xidmət edir.