Marta Kos - Andrjey Poçobut və Mzia Amağlobeli kimi müstəqil səslərə ehtiyacımız var, onları 2025-ci ilin Saxarov Mükafatını almaları münasibətilə təbrik edirəm
Genişlənmə məsələləri üzrə Avropa Komissarı Marta Kos “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobeli və belaruslu jurnalist Andrjey Poçobutu Saxarov Mükafatını almaları münasibətilə təbrik edir.
Marta Kos bildirib ki, bütün siyasi məhbusların azad edilməsi uğrunda mübarizə hələ bitməyib.
“Bir neçə gün əvvəl Belarus 123 siyasi məhbusu azad etdi. Bu, ümid anıdır. Lakin, bütün siyasi məhbusların azad edilməsi uğrunda mübarizə hələ bitməyib. Məhz bu səbəbdən, Andrjey Poçobut və Mzia Amağlobeli kimi müstəqil səslərə ehtiyacımız var. 2025-ci ilin Saxarov Mükafatını almaları münasibətilə təbrik edirəm” – Marta Kos yazır.
Məlumat üçün bildirək ki, Avropa Parlamenti bu il Saxarov Mükafatını gürcü və belaruslu jurnalistlər Mzia Amağlobeli və Andrjey Poçobuta verib. “Fikir azadlığı” mükafatı 1988-ci ildə sovet alimi və dissident Andrey Saxarovun şərəfinə təsis edilib.