Milli Turizm Administrasiyası mart ayının statistik göstəricilərini dərc etdirir.
Onların məlumatına görə, 2022-ci ilin mart ayında Gürcüstana 211 484 beynəlxalq səyahətçi səfər etdi ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə + 266,3% artıqdır, beynəlxalq səyahətçilərin bərpa nisbəti 2019-cu ilin məlumatı ilə müqayisədə 34,1% təşkil edir. Beynəlxalq vizitorlar tərəfindən edilən ziyarətlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə +236,9% artaraq 188 354 nəfər olub, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 37,1% bərpa olunub.
Turistlərin sayı 159 199 nəfər təşkil edib ki, bu da 2021-ci ilin mart ayı ilə müqayisədə +107 944 nəfər çoxdur (artım + 210,6%), 2019-cu ilin martında isə bərpa 48,5% təşkil edir.