Marşal Gelovani prospektində su borusunun zədələnməsi səbəbindən nəqliyyatın hərəkəti birtərəfli mümkündür
Marşal Gelovani prospektində, Kənd Təsərrüfatı Nazirliyinin yaxınlığındakı su kəməri zədələnib, bu səbəbdən nəqliyyatın hərəkəti birtərəfli qaydada dayandırılıb, – bu barədə məlumatı Tbilisi Meriyası yayır.
Elə onların məlumatına görə, Qaqarin küçəsi və Jvaniya küçəsi istiqamətində hərəkət edə ictimai nəqliyyat marşrutunu dəyişərək Robakidze prospekti, Tsereteli prospekti və Kutaisi küçəsi ilə hərəkət edəcək və bundan sonra Saakadze Meydanına çıxacaq. Geri qayıdanda ictimai nəqliyyatın hərəkəti dəyişməyəcək. Beləsi avtobuslardır: N314, N304, N302 və mikroavtobuslar: N534, N539.
Sofeli Diqomi və Vaşlijvari istiqamətində hərəkət edən nəqliyyata gəldikdə, məhdudiyyətlər N389, N327 və N367-yə yayılacaq. Onlar sərnişinləri Ağmaşenebeli abidəsinə qədər daşıya biləcəklər.