Marneulinin merini məhkəmə həbsdə saxladı
Marneulinin merini məhkəmə həbsdə saxladı

Marneulinin sabiq meri Teymuraz Abbasovu məhkəmə həbsdə saxladı.

Rustavi Şəhər Məhkəməsində Abbazova qarşı veriləcək cəza tədbirinin müzakirəsi ilə bağlı iclas keçirildi.

Prokurorluq ona verilən cəza tədbirinin qüvvədə qalmasını tələb etdi.

Abbazovun vəkilləri ona qarşı tətbiq olunan cəza tədbirlərinin yumuşaldılmasını xahiş edirdilər, alternativ olaraq isə, 40 min lari məbləğində girov təklif edirdilər.

Hakim müdafiyə tərəfinin vasitəçiliyini qəbul etmədi.

Marneuli vətəndaşı olan Elçin Allahverdiyevə qarşı qeyri-insani rəftar edilmə faktı ilə bağlı həbs edilən Teymur Abbazova həbs cəzası iyunun 14-də verildi.