Marneulinin qəzalı məktəbləri (VİDEO)

Qazlaşdırılmanın həyata keçirilməsinə baxmayaraq, Marneuli rayonunda yerləşən məktəblərin böyük hissəsi bu günə kimi odun sobası ilə isinir.
Demək olar ki, bütün təhsil müəssisəsi binalarında təcili təmir işləri aparmaq lazımdır. Yerli bələdiyyə və Təhsil Nazirliyinin nümayəndələri isə bildirirlər ki, binaların qəzalı vəziyyətdə olması qazın çəkilməsinə maniə yaradır. Odun sobasının düzgün quraşdırılmaması və buna uyğun olaraq da şagirdlərin təhlükəsizliyinin qorunmaması ayrı bir problemdir. Rayon kəndlərindən birində baş vermiş yanğını tam olaraq odun peçinin qeyri-düzgün istismarı ilə əlaqələndirirlər.

Hazırladılar: Rusudan Loladze, Leyla Əkbərova