Marneulinin Aşağı Saral kəndində aksiya keçirildi
Marneuli munitsipalitetinin Aşağı Saral kəndində yerli əhalinin bir hissəsi etiraz aksiyası keçirdi. Aksiya iştirakçılarının bəyanatlarına görə, onların satılmaq üçün çoxlu sayda kələmi var.
Kənd sakinlərinin Birinci Kanala verdiyi məlumata görə, gündəlik olaraq distribütor və böyük distribüsiya şirkətlərindən birinə məhsulu təhvil verirlər. Onlar dediyinə görə, bu yetərli deyil və növbəti günlər ərzində 60 tona yaxın kələmi satmağı istəyirlər.
Aksiyaya yerli hökümət nümayəndələri qoşuldular. Marneuli meri Zaur Darğallının bəyanatına görə, sabah Aşağı Saraldan kələmin daha çox miqdarı çıxarılacaq.
Razılaşma əsasında aksiya sonlandı.