Marneulidə tikinti işləri aparılarkən təhlükəsizlik qaydasının pozulması ittihamı ilə bir nəfər saxlanılıb

10:44, 30.12.2025

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tikinti işləri aparılarkən insan ölümünə səbəb olan təhlükəsizlik qaydasının pozulması ittihamı ilə 1965-ci il təvəllüdlü T.Z.-ni saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, Marneuli Munisipalitetində təqsirləndirilən şəxs ağır texnika ilə yol çəkmə işləri aparırmış, bu zaman dəmir boru 1958-ci il təvəllüdlü R.M.-nin üzərinə düşüb. Aldığı xəsarətlər nəticəsində R.M. hadisə yerində dünyasını dəyişib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən istintaq hərəkətləri nəticəsində T.Z.-ni şübhəli şəxs qismində “isti iz”lərlə saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 240-cı maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Oxşar