Marneulidə su və kanalizasiya infrastrukturunun tikintisi bərpa olundu
Marneulidə su və kanalizasiyanın tamamilə yeni, müasir sistemləri tikilir.
Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin məlumatına görə, işlər Səhiyyə Nazirliyi tərəfindən təyin olunmuş rekomendasiyalara müvafiq olaraq bərpa olundu və əngəllər olmadan, bütün qaydaların müdafiəsi ilə davam edəcək.
Layihə çərçivəsində Marneuli su-kanalizasiya və Bolnisi kollektoru və kanalizasiya sistemləri tikilir. Layihənin ümumi sərmayəsi 175 milyon laridən artıqdır.
İşləri yerli hakimiyyət nümayəndələri ilə birlikdə Bölgə İnkişaf və İnfrastruktur nazirinin müavini, İliya Beqaşvili gözdən keçirdi.