Gürcüstanın Birinci Kanalının operatoru, Zaza Baramidzeyə ekspertiza edildi
Gürcüstanın Birinci Kanalının operatoru, Zaza Baramidzeyə ekspertiza edildi

Marneulidə dünən üzərinə hücum edilən, Gürcüstanın Birinci Kanalının operatoru, Zaza Baramidzeyə ekspertiza edildi.

Polis baş verənlərlə bağlı artıq Gürcüstanın Birinci Kanalının operatoru və jurnalistini sorğu etdi.

“Baxdılar ki, hansısa xarici zədələrim var idi ya yox. Polisdə dedim ki, xarici zədələrim yox idi və hospitallaşdırmaya da yox cavabı verdim. Dünən heç bir yerim ağrımırdı, bu gün səhərdən çənəmdə ağrı var, ağzımı sonuna qədər aça bilmirəm. Yoxladılar və sənədləri doldurdular. Soruşdular yıxılmadım ki, paltarımı cırmadılar ki və ya zədlərim yox idi ki. Yeganə toxunma sifətimə, anlıma və çənəmə yumruq idi. Hər şeyi gözdən keçirdilər”, – ekspertizadan çıxan Zaza Baramidze bəyan etdi.

Marneulidə qarşıdurma zamanı Gürcüstanın Birinci Kanalının operatoru, Zaza Baramidzeni fiziki təhqir etdilər və kamerasını sındırdılar. Daxili İşlər Nazirliyi istintaqa jurnalistik fəaliyyətə maniəçiliyin törədilməsi faktı üzrə başladı.