Marneulidə müxtəlif cinayətlərə görə axtarışda olan şəxsi saxlayıblar

10:40, 02.12.2025

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları müxtəlif cinayətlərə görə axtarışda olan şəxsi – 1993-cü il təvəllüdlü R.İ.-ni saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatında, məhkumun Gürcüstanda törətdiyi müxtəlif cinayətlərə görə 2025-ci ilin noyabrından Marneuli Rayon Məhkəməsinin qərarı əsasında axtarışda olduğu deyilir.

Polis R.İ.-ni Marneulidə saxlayıb. Saxlanılan şəxs cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Oxşar