Marneulidə içməli su xətti tikintisinin genişmiqyaslı layihəsi həyata keçirilir
Marneulidə içməli su xətti tikintisinin genişmiqyaslı layihəsi həyata keçirilir.
Marneuli merinin verdiyi məlumata görə, layihənin sonlanmasından sonra, munitsipalitetin üç böyük inzibati vahidi – Alqeti, Kütlət bə Kəpənəkçinin 8 kəndində, ümumilikdə 19 107 benefisiar, keyfiyyətli içməli su ilə heç bir maneə olmadan təmin olunacaq;
Merin qeyd etdiyi üzrə, tikinti işləri yerindəcə, Xəstəliklərə Nəzarət və və İctimai Sağlamlıq Milli Mərkəzinin rekomendasiyalarına müvafiq olaraq aparılır.
Layihə, mərkəzi və yerli büdcə ilə maliyyələşdirilir və onun dəyəri 2 677 520 larini təşkil edir.
İçməli su xəttinin tikini prosesi ilə regionun və munitsipalitetin birinci şəxsləri tanış oldular.