Marneulidə qətl ittihamı ilə bir nəfəri yaxaladılar
Marneulidə qətl ittihamı ilə bir nəfəri yaxaladılar

DİN-də bəyan edirlər ki, polis Marneulidə baş verən qətl faktı üzrə bir nəfəri yaxaladı.

“Daxili İşlər Nazirliyinin Kvemo kartli Polis Departamentininəməkdaşları, həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 1990-cı il təvəllüdlü, keçmişdə mühakimə olunmuş A.M.-nı qətl ittihamı ilə yaxaladılar. Cinayət 7-dən 15 ilədək azadlıqdan məhrum edilməni nəzərdə tutur.

İstintaqla müəyyən olundu ki, spirtli içki təsiri altında olan müttəhim Marneuli şəhərində, ağızlaşma zəmnində, qonşuluqda yaşayan yaxını – 1998-ci il təvəllüdlü R.Q.-nın bədəninə soyuq silahdan istifadə edərək xəsarətlər yetirdi və hadisə yerindən qaçıb gizləndi. Yaralanan kişi yerindəcə vəfat etdi.

Polis müttəhimi baş verənlərdən tezliklə yaxaladı”, – DİN-də bəyan edirlər.

İdarənin məlumatına görə, qəsdən qətl faktı üzrə istintaq GCM-nin 108-ci maddəsi ilə aparılır.